-
- 8-09-2018, 12:00
- 3 180
Milli azlıqlar layihəsi - Ləzgilərin maraqlı toy adətləri - Oğlan evindən qan çıxmalıdır...
News24.az yeni və maraqlı bir layihəyə start verir. Bu gündən etibarən Şəlalə Ağayevanın təqdimatında Azərbaycanda və dünyada yaşayan milli azlıqların, müxtəlif xalqların maraqlı və az bilinən adət, ənənələri barəsində faktları təqdim edəcəyik. İlk yazımızda yəhudi bayramlarından bəhs etmişdik. Bu sayımızı isə ləzgilərə həsr edirik.
Azərbaycanda məskunlaşan bir çox millətlər var ki, bunlardan biri də Ləzgilərdir. Ən çox şimal-şərqi Azəbaycan bölgəsində yerləşən bu xalqın, digər ölkələrdən fəqrlənən özünəməxsus toy adətləri var.
Ləzgilərin ata tərəfdən olan qohumlarla,xüsusən əmi uşaqlarının ailə qurması qadağandır.
Burada 16 yaşına çatmamış qızlar ailə qura bilməz ki, bu önəmli adətlərdən biridir.
Əvvəl ləzgi toyları 7 gündən az keçirilməzmiş.
Sonradan bu rəqəm 3-ə yenib.Toydan əvvəl oğlan evi illərdir saxladığı qoçu kəsir.Bu prosesdə yaxın qohumların olması vacibdir.Məsələn əmi oğlu gəlməyibsə kəsilə bilməz.Bu da qohumlara verilən dəyəri göstərən bir adətdir.
Qız ev ata evindən çıxanda ocağı öpür və arxaya çönüb baxa bilməz.Əgər o başqa kənddən biri ilə ailə qurursa,oğlan evindən gələn birindən qan çıxmalıdır .Belə ki, gəlini aparmağa gələn oğlan evi daşa basılır. Bunun mənası isə kəndin ən gözəl qızı başqa kəndə gedirsə onlardan qan çıxmalıdır.
Ləzgilərdə toy olan zaman bəyin ailəsi gəlinin ailəsinə 2 min manat başlıq pulu verir ki, bu adət bəzi kəndlərdə hələ də qalır.
Maraqlı adətlərdən biri də subay qızlar saçını bir hörük hörür, evli qadınlar isə iki hörük. Əgər bir qadın boşanıbsa saçına qara lent bağlamalıdır
İllər keçdikcə bəzi adətlər itsə də,hələdə qalan adətlər var. Məsələn atanın adı mütləq dünyaya gələn nəvəyə verilməlidir