-
- 8-09-2018, 14:40
- 4 829
İnsanlar vahimədə - Kəndi dəhşətə gətirən naməlum məxluq yenidən peyda oldu - Özəl VİDEO
Cəlilabadın Günəşli kəndində uzun müddətdir insanlar vəsvəsə içərisindədir.
Kimliyi naməlum olan bir məxluq gecələr evlərin damlarına daş atır, pəncərələri qırır. Naməlum varlıq evlərə daxil olur, ev əşyalarını qarışdırır. Kənd sakinlərinin News24.az-a verdiyi məlumata görə, kənddə polislər mühafizə çəmbəri yaratsa da, bu hadisələri törədənin kimliyini hələlik müəyyən etmək mümkün olmayıb.Naməlum məxluqun eyni anda 3 evi qarışdırdığı bildirilib.
Hadisə şahidlərinin dediyinə görə, o bir ailənin evinə daxil olub, evin gəlinini döyüb və üst-başını parçalayıb. Qorxudan şoka düşən qadın onun üzünü görmədiyini, həmin varlığın qara geyimli kişiyə bənzədiyini söyləyib. Adının çəkilməsini istəməyən Günəşli kənd sakininin dediyinə görə, polislərə həmin şəxsi gördükləri an atəş açmaq əmri verilib. Polislər kəndə girib- çıxan hər kəsi mütləq şəkildə yoxlayır. Məsələni diqqətdə saxlayacağıq.
Kənd sakinlərinin redaksiyamıza göndərdiyi görüntüləri təqdim edirik: