Putin Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib
    • 4-02-2020, 11:29
    • 945

Putin Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycanın Xalq artisti, bəstəkar Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.

News24.az-ın xəbərinə görə, bu barədə Kremlin saytında məlumat verilib.

“75 yaşınız münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın inkişafına çox mühüm töhfələr verirsiniz. Əlbəttə ki, bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram”, - deyə təbrikdə qeyd olunub. /APA/