-
- 5-02-2020, 11:02
- 1 232
Azərbaycanın məşhur Xalq artistinin oğlu KÜÇƏLƏRDƏ DİLƏNİR
Mərhum Xalq artisti Səyavuş Aslanın aktrisa Ofeliya Əfqanlıdan olan oğlu Çingiz Aslanın evsiz-eşiksiz qalması barədə daha əvvəl məlumatlar verilmişdi.
News24.az-ın məlumatına görə, narkotik vasitlərə görə bir neçə dəfə həbsxanaya düşən və ağır xəstəlikdən əziyyət çəkən Çingiz hazırda Bakı küçələrində dilənçilik edir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Turan Etibaroğlu bildirib ki, Çingiz Aslan Tarqovıdakı Yusif Məmmədəliyev küçəsində camaata yaxınlaşaraq onlardan pul istəyir: “Mənə də yaxınlaşdı biraz söhbət etdik, "Dərdliyəm, köməyinizə ehtiyacım var xəstə adamam. Çox acınacaqlı bir duruma düşmüşəm,2-3 manat dərman pulu tapa bilmirəm", deyib kövrəldi”.
Qeyd edək ki, bir müddət əvvəl kanallardan birində verilişə çıxan Çingiz hostellərdə gecələdiyini qeyd edib. Lakin, hostel sakinləri Çingizdən şikayətçi olaraq onunla bir yerdə qalmaq istəmədiklərini deyib. Qaraciyər serrozundan əziyyət çəkən Çingiz Aslan dünən müvəqqəti olaraq sığınacağa yerləşdirilib.
Məlumat üçün bildirək ki, Xalq artisti Səyavuş Aslanın şəhərin mərkəzindəki bahalı evi Çingiz Aslana miras qalıb. Lakin Çingiz Aslanın atasından ona miras qalan evi sataraq pis vərdişlərə xərcləyib. Çingiz Aslan özü isə 2017-ci ildə “Şərq” qəzetinə verdiyi müsahibəsində evinin pulunu itirdiyini və oğruların hələ də tapılmadığını söyləmişdi: