"Kim mənə necə davranırsa, qarşılığını da alır" - KÖNÜL KƏRİMOVA
    • 5-02-2020, 15:04
    • 2 073

"Kim mənə necə davranırsa, qarşılığını da alır" - KÖNÜL KƏRİMOVA

"Xəzər Televiziyası"nda yayımlanan Tarix Əliyevin aparıcılıq etdiyi "Hər şey daxil" verilişinin növbəti buraxılışında maraqlı məqamlar baş verib.

News24.az
xəbər verir ki, proqramda qonaq qismində iştirak edən Əməkdar artist Könül Kərimova ötən gün "5-də5" verilişində baş verən hadisəyə münasibət bildirib: "Mən soyuqluğun fərqinə varmadım, ciddiliyinə getmədim. Nazpəri xanımla aramızda 10 yaş fərq var. Özümdən böyük sənətkarlara heç vaxt hörmətsizlik etməmişəm, etmərəm də. Gözləməmişəm ki, böyük mənə salam versin, sonra onu salamlayım. Hərənin bir xarakteri var. Ailəmdən aldığım tərbiyə buna imkan verməz. Üz-üzə gəlib dava-dalaş etməmişik. Bu barədə danışa bilməyəcəm. Çox əziyyət çəkmişəm, bunlar mənim gözümdə xırda şeylərdir və əhvalımı poza bilməz. Orada neyləməliydim? Kim mənə necə davranırsa, qarşılığını da alır".

Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyeva veriliş zamanı hər kəslə görüşsə də, Əməkdar artist Könül Kərimovaya salam verməyib.

Sevda Bayramova