Qəzadan sonra 120 nəfər xəstəxanaya yerləşdirilib
    • 6-02-2020, 00:12
    • 1 069

Qəzadan sonra 120 nəfər xəstəxanaya yerləşdirilib

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəza ilə bağlı son məlumatlara əsasən, indiyədək 120 nəfər ətraf xəstəxanalara yerləşdirilib. Təyyarədə olanların təxliyə işləri davam etdirilir.

News24.az  xəbər verir ki, təyyarədə 155-i Türkiyə vətəndaşı olmaqla 177 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan ikisi azyaşlıdır. Qəza nəticəsində həlak olan yoxdur.

Hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Sabiha Gökçən aeroportuna təyin edilən reyslər İstanbul hava limanına yönləndirilib.

İlkin məlumata görə, qəzanın şəhərdə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi ehtimal edilir.

Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.