"Oqtay Əliyev, siz 200 mini üst-üstə görmüsünüz?" - KƏRİM ABASOV
    • 6-02-2020, 11:08
    • 1 388

"Oqtay Əliyev, siz 200 mini üst-üstə görmüsünüz?" - KƏRİM ABASOV

"Bir dəfə mənə qarşı cinayət işi açdırmışdı. Hakim gördü gülməli mövzudur, qəbul etmədi. İndi də demədiyim bir kəlməyə görə mülkü iş üzrə məhkəməyə verib".

News24.az xəbər verir ki, bu sözləri "Xəzər Televiziyası"nda Tarix Əliyevin aparıcılıq etdiyi "Hər şey daxil" verilişində müğənni Kərim Abasov deyib. O, bildirib ki, "Soy" prodakşının rəhbəri Oqtay Əliyev onu məhkəməyə verib və küllü miqdarda təzminat tələb edir: "200 min manat təzminat istəyir. Oqtay Əliyev, siz 200 mini üst-üstə görmüsünüz? Mən görməmişəm. Məhkəmə fevralın 15-də olacaq. Amma mən sizi və ailənizi çox istəyirəm".

Sevda Bayramova