-
- 6-02-2020, 11:34
- 880
İsraili "Eurovison 2020"də EFİOPİYALI QIZ TƏMSİL EDƏCƏK - FOTO
İsrailin "Eurovision 2020" təmsilçisi bəlli olub.
News24.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Eden Elene "Növbəti ulduz" milli seçim turunun qalibi olub. Təmsilçinin mahnısı 3 mart tarixində təqdim olunacaq.
Qeyd edək ki, Yerusəlimdə anadan olub böyüyən 19 yaşlı Eden, "Yeni Ulduz" yarışmasındakı güclü səsi və təsirli çıxışları ilə İsraili fəth edib. Əslən Efiopiyadan olan Edenin "Eurovision" Mahnı Müsabiqəsinə yenilik və müasirlik gətirəcəyi bildirilir.
Önümüzdəki həftələrdə "Eurovision üçün növbəti mahnı" müsabiqəsi keçiriləcək. Həmin vaxt 4 bəstə arasından İsrailin "Eurovision" mahnısı seçiləcək. Şou KAN İctimai Televiziyasında canlı yayımlanacaq.