-
- 10-09-2018, 12:53
- 2 109
Azərbaycanlı məşhurun 25 yaş kiçik həyat yoldaşı: "Heç vaxt mənə sevirəm demədi"- VİDEO
Bunu ötən gün Nanə Ağamalıyevanın aparıcılığını etdiyi "Nanəli" musiqili proqramında mərhum bəstəkar Emin Sabitoğlunun ikinci həyat yoldaşı deyib.
Mərhum sənətkarın həyat və yaradıcılığına həsr edilən verilişdə Xədicə Abbasova ATV kameralarına həyat yoldaşı ilə bağlı inanılmaz etirafları ilə yadda qalıb.
Emin Sabitoğlunun özündən 25 yaş kiçik müğənni həyat yoldaşı mərhum bəstəkarın öləcəyini, sanki, öncədə hiss etdiyini deyib.
Emin Sabitoğlunun xanımı "Mənə ömrünün sonuna kimi "Səni sevirəm" demədi" etirafını edib.
Xədicə xanımın sonrakı etirafı tamaşaçıları daha da təəccübləndirib:
"Noyabrın 2-si onun ad günü idi. Hər zaman olduğu kimi, evimiz qonaqlarla dolu idi. Bütün gecəmiz gözəl keçdi. Hər kəs dağılışıb, getdi. Mən də mətbəxdə iş görürəm. Emin müəllim də fortopiano arxasına keçib, başladı bir şeylər çalmağa. Birdən məni çağırdı ki "Gəl bura. Gör nə yazdım". Gecə saat 3-dür. Mənə musiqi bəstələdiyini göstərmək istədi, amma gözündəki və səsindəki kədər məni hürkütdü. Çünki birdən-birə oxumağa başladı ki "Əlvida, bu son gecəm, Salamat qal Xədicəm". Çaş-baş qaldım. Dedim "Emin, bunun nə əlaqəsi var indi? Niyə əlvida deyirsən mənə?" Amma kim bilə bilərdi ki, 15 gün sonra, həqiqətən, mənə ömürlük əlvida deyəcək".
Qeyd edək ki, Emin Sabitoğlu 2000-ci il 18 noyabrda - 63 yaşında dünyasın dəyişib.
//Milli.Az