Obamaya yeni iş təklifi gəlib
    • 7-07-2018, 15:17
    • 1 016

Obamaya yeni iş təklifi gəlib

ABŞ-ın keçmiş prezidenti Barak Obama sizcə indi nə işlə məşğul olur?

News24.az xəbər verir ki, eks prezident xanımı Mişel Obama ilə birlikdə "Netflix" şirkətinin sifarişi ilə çəkilən seriallara prodüsserlik edəcək. Onlar artıq şirkətin striminq servisi ilə müqavilə bağlayıblar. Obamanın xanımı ilə birlikdə sənədli filmlər hazırlayacağı bildirilir. Müqavilə 5 il müddətinə nəzərdə tutulub.

"Vəzifədə olduğum müddətdə mənə sadə bir insan kimi ən böyük sevinc verən məqam müxtəlif və maraqlı insanlarla tanış olmaq imkanı idi. Mən  Mişellə birlikdə istedadlı insanları tapacağıma və onların inkişafına kömək edəcəyimə əminəm. Biz yeni işimizlə bütün planetdə xalqlar arasında qarşılıqlı anlaşma ideyasınıtəbliğ edəcəyik",- deyə Barak Obama bildirib.

İlhamə