Parlament seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlandı
    • 9-02-2020, 10:40
    • 1 400

Parlament seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlandı

Azərbaycanda keçirilən parlament seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.

News24.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 125 seçki dairəsi üzrə 5 573 seçki məntəqəsində seçici fəallığı bu saatadək 12.57% faiz olub.

O, səsvermə hüququna malik 5 milyon 329 min 460 nəfər seçicidən saat 10:00-dək 670 086 nəfərin səs verdiyini deyib.