2 milyondan çox seçici səs verib -MSK
    • 10-02-2020, 00:59
    • 1 160

2 milyondan çox seçici səs verib -MSK

Azərbaycanda keçirilən parlament seçkilərində ilkin - saat 19:00-dək olan seçici fəallığı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.

O, qeyd edib ki, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində seçici fəallığı həmin saatadək 47,81% olub.

F.Orucov səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən bu saatadək 2.547.982 nəfərinin səs verdiyini deyib.
Parlament seçkilərində seçici fəallığı 47,81 faiz olub.