Sabah meteohəssas insanlarda narahatlıq yarana bilər
    • 10-02-2020, 13:59
    • 689

Sabah meteohəssas insanlarda narahatlıq yarana bilər

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Arabir güclənən şimal-qərb  küləyi  günün ikinci yarısında mülayim  cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 0-4° şaxta, gündüz  2-5° isti, Bakıda  gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75%,  gündüz  50-60%  olacaq.  

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 5-10° şaxta, gündüz  2-7°  isti, dağlarda gecə 13-18° şaxta, gündüz  1-6° şaxta olacaq. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün  ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.