Bakıdan Pekinə uçuşlardakı fasilə UZADILDI
    • 10-02-2020, 17:38
    • 957

Bakıdan Pekinə uçuşlardakı fasilə UZADILDI

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşları əvvəlcədən deyildiyi kimi martın 8- deyil, 31-də bərpa edəcək. 

Bu barədə News24.az-a AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Xatırladaq ki, AZAL Çinə uçuşları bu ilin yanvarın 27-dən dayandırıb və bunu sözügedən istiqamətdə tələbatın azalması ilə izah edib. Aviaşirkətin qərarı Çində koronovirusun yayılması ilə üst-üstə düşüb. Qeyd edək ki, indiyə qədər koronavirus ucbatından 813 nəfər ölüb, 37 198 nəfər isə bu virusa yoluxmuş hesab olunur. Onlardan 6 188-nin vəziyyəti ağırdır. Ümumiyyətlə, virus Çin də daxil olmaqla 28 ölkədə aşkarlanıb. Çində yayılmış epidemiya ilə əlaqədar dünyanın bir sıra ölkələri ilə Çin arasında birbaşa aviareyslərin təşkili müvəqqəti təxirə salınınıb.