-
- 12-02-2020, 20:37
- 1 070
FETÖ-çülükdə ittiham olun Belözoğlu həbs edilməkdən xilas olundu
FETÖ-nün futbol şəbəkəsi çərçivəsində haqqında şikayət verilən futbolçu Emre Belözoğlu ikinci dəfə cinayət məsuliyyətinə cəlb edilməkdən xilas olub.
News24.az “Hürriyet”ə istinadən xəbər verir ki, idmançı barədə açılan işin qüvvədən düşməsinə hökm verən məhkəmə buna səbəb kimi sübut çatışmazlığını göstərib.
Xatırladaq ki, İ.E. adlı şəxs polisə müraciət edərək Emrenin FETÖ üzvü olduğunu iddia etmişdi. Bundan sonra İstanbul Cümhuriyyət Baş Prokuroluğunda istintaq başlamışdı. Daha əvvəl də haqqında bu cür ittiham səsləndirilən və günahsızlığı sübuta yetirilən Belözoğlunun təşkilatın mesajlaşma proqramı olan “bylock”dan istifadə etmədiyi məlum olub.
Bundan başqa, onun FETÖ-yə bağlı hər hansı təşkilata, quruma da üzv olmadığı bildirilib.