Rusiyada  erməni ilə əlbir olan azərbaycanlı çempionu  saxladılar
    • 11-09-2018, 10:19
    • 795

Rusiyada erməni ilə əlbir olan azərbaycanlı çempionu saxladılar

Rusiya Federasiyasının Kareliya Respublikasının Petrozavodsk şəhərində avqust ayında  kütləvi davada iştirak edən üç azərbaycanlı və bir ermənini saxlayıblar. 

News24.az xəbər verir ki, Cahangir Kadaşyev və onun dostları eyvanda səs-küy salıblar. Avtomobilini park edən qonşu  səs-küyə  iradını bildirib. Bundan sonra münaqişə baş verib. Kadaşyev və onun dostları Zəfər Səfərəliyev, Ruslan Müslimov və Robert Tonyanhəmin şəxslə dalaşıblar.

Polis onun davanın sonunda gələrək, şəhər sakininin avtomobilinə kərpiclə zərər verdiyini bildirib. Şahidlərin sözlərinə görə, “Audi” markalı avtomobilə ümumilikdə 400 min rubldan çox (təxminən 6000 min dollar – red.) ziyan dəyib. 

Sentyabrın 2-də məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən, yalnız Robert Tonyan azadlığa buraxılıb. Araşdırmalar zamanı onun şəhər sakininə xəsarət yetirmədiyi, avtomobilə ziyan vurmadığı və polisin əmrlərinə tabe olduğu aydınlaşıb. 

Cahangir Kadaşyevə qarşı vəzifələrinin icrası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etmə maddəsi ilə cinayət işi başlanıb. Həmçinin, ona qarşı sağlamlığa yüngül zərər vurma və xuliqanlıq edərək başqasının əmlakına zərər vurma ittihamı irəli sürülüb. Son iki maddə yenidən təsnif edilə bilər. 
Məhkəmə istintaq prosesi zamanı Kadaşyev, Müslimov və Səfərəliyevin 60 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.