-
- 11-09-2018, 12:30
- 543
Bu ölkə 4 günlük iş qrafikinə keçməyə hazırlaşır
İngiltərənin Həmkarlar Konqresi texnologiyanın inkişaf etdiyi müasir dövrdə işçilərin 4 günlük iş qrafikinə keçməsi və yenə eyni maaşı alması üçün hərəkətə keçib.
Konqres iş sahiblərinin yeni texnologiyalar sayəsində əldə etdikləri gəlirləri işçilərlə paylaşması haqqında qərar çıxararsa, o zaman 4 günlük iş qrafikinə keçiləcək.
Belə ki, yeni texnologiyalar sayəsində işçilərin iş yükü azaldığı üçün 5 gün iş olması vacib hesab edilmir.
Məlumat üçün bildirək ki, növbəti 10 il ərzində süni intellekt, robot texnologiyası və avtomatik qurğuların Böyük Britaniya iqtisadiyyatına 200 milyard funt-sterlinq qazandırması gözlənilir.
Qeyd edək ki, hazırda Uelsin paytaxtı Kardifdə fəaliyyət göstərən “IndyCube” adlı şirkət 4 günlük qrafiklə çalışır, lakin işçilərə əvvəlki maaşı verir.
Hazırda “IndyCube” nümunəsini də nəzərə alan Həmkarlar Konqresi bu addımın bütün Britaniya ərazisində tətbiq olunmasına çalışır.
//Qafqazinfo