Azərbaycan vətəndaşları ən çox bu ölkələrə səfər edib
    • 14-02-2020, 21:02
    • 2 552

Azərbaycan vətəndaşları ən çox bu ölkələrə səfər edib

2019-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 21,5 faiz artaraq 433,7 min nəfər olub.

News24.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkə vətəndaşlarının 38,1 faizi İrana, 29,9 faizi Gürcüstana, 16,8 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,4 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,2 faiz, Gürcüstana gedənlərin sayı 29,9 faiz, Türkiyəyə gedənlərin sayı 15,9 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,1 faiz azalıb.

2020-ci ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,2 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,6 faizi isə su nəqliyyatından istifadə edib.