-
- 11-09-2018, 13:22
- 3 774
Milli azlıqlar layihəsi-Avarlar
Avarlar Azərbaycanda əsasən Zaqatala və Balakən rayonlarında yaşayırlar. Eləcə də avarlar Dağıstan Respublikasında, Çeçenistan və Kalmikıya ərazilirində yaşayırlar.
News24.az xəbər verir ki, hazırda Azərbaycanda 51 min avar yaşayır.
Avarların maraqlı adətləri- Avarlarda ailə qurmada ağsaqqalların, ağbirçəklərin rolu böyükdür. Oğul evləndiyini bəyan eləmək üçün atasının ayaqqabısının içinə konfet, şirni atır. Ata başa düşür ki,oğlan evlənmək arzusundadır. Oğlan sevdiyi qıza istəyini bildirmək üçün bulaq başında ondan su istəyər, sonra bu suyu qızın ayaqlarına tökərdi.
İlk dəfə elçiliyə ancaq qadınlar, ikinci dəfə kişilər gedir. Üçüncü dəfə elçilikdə isə kişilər və qadınlar bir yerdə gedərək toyun vaxtını təyin edirlər. Bir oğlan və iki qız qapı-qapı gəzərək toyun vaxtını qonşulara xəbər verirlər. Toy məclisi həyətdə mağar qurmaqla iki gün keçirilir.Gəlin və bəy evə daxil olan zaman otağın ortasın bal bankası qoyurlar .Gəlin 3 dəfə bankanın ətrafında dövr edir. Daha sonra xonçada yağ, bal, çörək gətirib,gəlinə yedizdirirlər ki, şirin dil olsun. Qaynana gəlinin yanına bir əlində bıçaq , bir əlində balla gəlir və qonaqlardan soruşur. Bu gəlinin dilini nəylə kəsim? Hər kəs balla deyincə o da barmağını bala batırııb gəlinin dodağına sürtür. Avarlarda dünyanın çox az xalqında qalan qədimi bir ənənənə də bir zamanlar qallmaqdaydı. Qızların irəli yaşda cinsəl həvəslərinin az olması üçün onları da sünnət edirdilər. İndi bu adət tamamilə aradan qaldırlıb. Toy günü bəy öz evlərinin damına çıxıb özünü dostlarının qolları üstə atır.
Bu adət-ənənələri həyata keçirənlər indi çox azalıb.
Şəlalə Ağayeva