-
- 17-02-2020, 14:37
- 1 063
Evlərdən silsilə oğurluq edən şəxslər SAXLANILDI - VİDEO
Binəqədi rayonunda yerləşən mənzillərdən birindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən News24.az-a verilən məlumata görə, naməlum şəxs evə daxil olaraq dolabdan qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən şəxs 2-ci mərtəbə yerləşən mənzilə pəncərəni qıraraq daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulublar. Araşdırma zamanı onların Binəqədi rayonundan başqa paytaxtın digər ərazilərində də çoxsaylı oğurluq etdikləri məlum olub.
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində S.S. Axundov küçəsində yerləşən dönər satışı məntəqələrindən birindən 800 manat və bir ədəd dəyəri 900 manat olan qril aparatı oğurlayan şəxs də saxlanılıb. Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Nəsir İsmayılov tutulub. Araşdırma zamanı onun əvvəllər qeyd edilən dönər satışı məntəqəsində işlədiyi məlum olub.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.