Sevgilisindən rədd cavabı aldığı üçün özünü güllələdi -Sumqayıtda
    • 19-02-2020, 22:29
    • 1 303

Sevgilisindən rədd cavabı aldığı üçün özünü güllələdi -Sumqayıtda

Sumqayıtda sevgilisi ilə mübahisə edən balıqçı özünü güllələyib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində dənizkənarında qeydə alınıb. 1975-ci il təvəllüdlü Qreçkin Vitaliy Sergeyeviç Rusiyada yaşayan sevgilisi ilə telefonda mübahisə edib. 

Sevdiyi xanımdan rədd cavabı alan kişi silahla özünü ağzından güllələyib. Nəticədə o aldığı xəsarətdən ölüb. Onun meyiti müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. 
Faktla bağlı araşdırma aparılır.