Çində koronavirusdan ölənlərin sayı durmadan artır
    • 20-02-2020, 09:10
    • 2 028

Çində koronavirusdan ölənlərin sayı durmadan artır

Çində koronavirusdan ölənlərin sayı durmadan artır.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, yeni virusdan ölənlərin sayı ümumilikdə 2 118 nəfərə çatıb. 

Bir gün ərzində virusdan 114 ölüm hadisəsi baş verib. Ölkə üzrə ümumilikdə 16 155 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Komitə qeyd edib ki, koronavirusa yoluxanların da sayı artır. 

Hazırda ölkədə 74 576 insan virusun daşıyıcısıdır. Virusa yoluxan 11 864 nəfərin vəziyyəti ağırdır.