"Qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz..." - AYNİŞAN
    • 20-02-2020, 12:06
    • 1 951

"Qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz..." - AYNİŞAN

Yenicə ailə həyatı quran Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

News24.az xəbər verir ki, Aynişan qayınanası haqda danışıb: "Anlamadığım bilirsiz nədir? Niyə məhz qayınananı vurğulayırsınız? Əgər, söhbət ailə içində yaşamaqdan gedirsə, orada qayınata, baldız, qayın da ola bilər. Niyə ancaq qayınananı soruşursunuz? Niyə bu qədər tənqidçisiniz? Qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz? Kaş qayınanamla yaşayardım, qızıl kimi insandır. Çox sevirəm onu. Hədsiz sevdiyim insanı dünyaya gətirən qadındır, necə sevməyim? Kaş hamı gəlinini onun kimi sevərdi". 

Sevda Bayramova