Antakrtidada gizli yadplanetli şəhər tapıldı — FOTOLAR
    • 12-09-2018, 13:37
    • 1 234

Antakrtidada gizli yadplanetli şəhər tapıldı — FOTOLAR

“Google Earth” proqramında 75° 0'46.98"S 0° 4'52.71"E koordinatlarına baxsaq, Antarktidada qeyri-adi obyektləri görə bilərik.

Bu fenomeni təbiət hadisəsi adlandırmaq mümkün deyil. Bütün obyektlər uzunluğu 2 km olan düz xətt üzrə düzülüb. Onların hamısı düz və hamar vadidə, qayaların və daşların olmadığı ərazidədir. 
Şəkilləri böyüdəndə onların bir-birlərinə oxşadıqlarını da görmək olmaq mümkündür. Qara ləkələr böyük müəmma doğurur. Bir çoxları ehtimal edir ki, bu obyektlər yeraltı gizli yadplanetli şəhərə giriş bunkerləridir.
Bəzi obyektlərin başında yanan qırmızı işıq da suallara səbəb olub. Bu siqnallar nə üçün və kimin üçündür?
Bəzi sosial şəbəkə istifadəçiləri bildirirlər ki, fotolar almanların 2001-ci ildə açılışını etdikləri “Kohnen-Station”a məxsusdur. Bu baza bu gün də fəaliyyət göstərir və 20 nəfər üçün nəzərdə tutulub. Bazanın rəsmi koordinatları yuxarıdakı koordinatlara yaxındır. Amma məsələ ondadır ki, “Google Earth”də bazanın fotoları ilə bu bazanın fotoları qətiyyən bir-birinə bənzəmir. Stansiya cəmi bir düzbucaqlı blokdan ibarətdir.
Bu fotolara diqqətlə baxanda qəribə obyektlərdən şimali-şərqdə qara, düzbucaqlı obyekt görünür. Alman bazası məhz bu obyektdir.

Rəsmi məlumatlara görə isə “Kohnen-Station” bazasında radio otağı, yeməkxana, mətbəx, vanna otağı, iki yataq otağı, dükan, mini elektrik stansiyası var. Bu qəribə obyektlər isə 2 km məsafədə yayılıb və 100 metr eni var.
Maraqlıdır ki, 2013-cü ilin fotolarında bu obyektlər yoxdur, alman bazası isə 2001-ci ildən fəaliyyət göstərir.

Ölkə.Az