İranda koronavirusdan ölənlərin sayı 6-ya çatdı
    • 23-02-2020, 13:23
    • 2 316

İranda koronavirusdan ölənlərin sayı 6-ya çatdı

İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur bildirib ki, koronavirusa 28 yoluxma hadisəsi qeydə alınıb. Ölkənin daha 5 vətəndaşı virusun qurbanı olub.

News24.az xəbər verir ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb.
Daha əvvəl bildirilirdi ki, yoluxucu virusdan ölənlərin sayı 6 nəfərdir. 

2019-nCoV koronavirusu ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Artıq bu ölkədə 2 442 nəfər yeni virusun qurbanı olub. Çində koronavirusa yoluxanların sayı 76 939 nəfərə çatıb, daha 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.