-
- 23-02-2020, 14:07
- 1 120
Hüsnü Mübarəkin oğulları bəraət aldı
Misirin Ağır Cinayətlər Məhkəməsi ölkənin sabiq Prezidenti Hüsnü Mübarəkin oğulları Alaa və Qamala bəraət verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar səhm bazarlarında manipulyasiya vasitəsilə qanunsuz qazanc əldə etməkdə ittiham olunurdu.
Qardaşlara qarşı Misirin Əl Vətən Bankının 493.628 milyon dollar dəyərində səhmlərinin qeyri-qanuni olaraq istiqraz bazarına çıxarılması ittihamı irəli sürülmüşdü.
Qeyd edək ki, qardaşlara qarşı ittiham 2012-ci ilin iyulunda, Hüsnü Mübarəkin hakimiyyətdən getməsi və həbs olunmasından sonra irəli sürülüb. Alaa və Qamal bir neçə ay müddətinə həbs olunublar. Lakin sonradan Misir məhkəməsi sabiq Prezidentin və ailə üzvlərinin əmlaklarının müsadirə olunması qərarını ləğv edib və onları azadlığa buraxıb.