Şəhidimizin cənazəsi doğma rayonuna belə gətirildi -VIDEO
    • 23-02-2020, 16:52
    • 1 088

Şəhidimizin cənazəsi doğma rayonuna belə gətirildi -VIDEO

Azərbaycan Ordusunun itkin düşən və meyiti fevralın 19-da neytral zonadan götürülən hərbçisi Akif Elşən oğlu Abbasovun dünən doğulduğu Ağcabədi rayonunda dəfn edilməsi barədə məlumat vermişdik.


News24.az-ın məlumatına görə,Akif Abbasovun cənazəsinin Ağcabədiyə gətirilməsinin videosu yayılıb. Sakinlər bildirib ki, avtomobil karvanına yolda yüzlərlə maşın qoşulub.


Qeyd edək ki, A.Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova açıqlamasında bildirib ki, BQXK fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.