Bu ölkənin Baş naziri İSTEFA ETDİ
    • 24-02-2020, 11:56
    • 820

Bu ölkənin Baş naziri İSTEFA ETDİ

Malaziyanın baş naziri Mahathir Muhammed müxalifət partiyaları ilə yeni koalisiya yaratmaq səyləri uğursuz olduqdan sonra istefa verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş Nazirlik İdarəsindən edilən şərhdə bildirilib ki, istefa məktubu bu səhər kral sarayına Istana Negara göndərilib.

"Malay Mail" qəzetindəki xəbərlər Mahathirin istefası ilə mövcud hakim koalisiya Ümid İttifaqının dağılacağını və ölkənin erkən seçkilərə gedə biləcəyini iddia edib.

Məqalədə baş nazirin müavini Van Azizah Van İsmayılın Baş nazir təyin ediləcəyi iddia edilib.