-
- 12-09-2018, 14:32
- 2 829
“Sənət üçün atdığım riskli addımlar, şəxsi həyatımda mənə ziyan verib” – Aygün Kazımova
Xalq artisti Aygün Kazımova ötən gün instagramın canlı yayımında jurnalist Seymur Zəkəriyayevin suallarını cavablandırıb.
30 il səhnədə fəaliyyət göstərən və yerli şou-biznesin yaradıcılarından biri olan pop diva son bir il ərzində həyatında baş verən dəyişiklərin səbəbini açıqlayıb:
“Dostlarım deyir ki, Aygünün elə komandası var ki, hətta onun yuxusunu belə idarə edirlər.
Mən hazırda prodakşınla çalışıram və mənim həyat tərziminim dəyişilməsi, sənətimlə, layihələrimlə bağlı planlı şəkildə hərəkət etməyim onlara görədir. Mən bu gün sırf özümlə, gözəlliyimlə, səsimlə məşğul oluram. Çox arzu edirm ki, nə vaxtsa dünya ulduzları kimi çalışım. 30 il sonra bunu etiraf etdiyimə görə xoşbəxtəm”.
A.Kazımova qalmaqallardan uzaq qaçmasına belə münasibət bildirib:
“Mən heç vaxt qalmaqallı insan olmamışam. Olub ki, haqqımda nə isə deyiblər, rəylər səsləndiriblər və mən də müdafiə olunmaq üçün hansısa cavabı verəndə böyük qalmaqala səbəb olurdu.
Adətən qarşı tərəf danışanda elə də böyük söz-söhbət yaranmırdı. Amma mən öz fikrimi bildirəndə böyük söz-söhbət yaranırdı. Bəlkə də bunu biruzə verməmişəm, amma bu hər zaman mənə əsas da səhhətimə mənfi təsir göstərib. Qalmaqal məni geri atıb ki, qabağa aparmayıb.
Həyat tərzi, peşəkarlıq və əsas da təcrübə ona gətirib çıxarır ki, mən bu günkü Aygün oldum. Həqiqətən də qalamaqal məni maraqlandırmır. Kimsə mənə söz atanda ona cavab verməyə can atmıram. Doğrusu heç buna vaxtım da yoxdur. Zamanımı maksimumum dərəcədə özümə və sənətimə ayırıram”.
Dəfələrlə ilklərə imza atan və bu yolda dayanmadan çalışan Aygün Kazımova sənətçinin səhnə təcrübəsindən asılı olmayaraq daima işləməli olduğunu bildirib:
“Mən 30 ildir ki, səhnədəyəm və düşünürəm ki, hələ də özümün ən yaxşı mahnısını oxumamışam, ən uğurlul konsertimi verməmişəm. Bu sənətimə olan münasibətimdir.
İnsan “mən artıq qalibəm, etdiyimi etmişəm, bundan artıq nə edə bilərəm?” deyirsə bu fikir düzgün deyil. Mən buna qarşıyam. Əgər səhnədəyəmsə və öz yerimi hər zaman təsdiqləmək istəyirəmsə deməli çalışmalıyam”.
O, həmkarlarının bayağılıqda ittiham etdiyi ifaçılar barədə isə bunları deyib:
“Əgər mən və öndə olan sənət dostlarım heç nə etməsək, oturub o pisdir, bu pisdir desək, kənara çəkilsək, əlbətdə ki, şou-biznes arzuolunmaz səviyyəyə gəlib çıxacaq. Hamı bir-birinə kömək etsə, hərə bir tərəfdən həqiqətən də iş görsə ancaq yüksəliş olacaq. Məsələdən uzaqlaşmaq yox, problemi həll etmək lazımdır”.
Sənətində atdığı riskli addımları hər zaman müzakirələrə səbəb olan A.Kazımova həmkarlarına və dinləyicilərinə səslənib:
“Olduğum kimi qalmaq istəyirəm. Tamaşaçımın məni daxilən tanımağını arzlayıram. Sənətə olan sevgimi duysunlar. Sənət üçün atdığım riskli addımlar, şəxsi həyatımda mənə ziyan verib. Mən səhv addımları sənətimdə hər şey düzəlsin deyə atmışam. Çox istəyirəm ki, bunları anlasınlar.
Bəzi sənət dostlarım mənə “Ağlın yoxdur sənin? Layihə üçün evindən niyə məhrum oldun?” sualını verirlər. İstəmirəm mıənə bu kimi suallar versinlər. Bu addımı atdığıma görə, evdən məhrum olduğuma görə məni qınamasınlar. Amma anlasınlar ki, bu addımı niyə görə atmışam. Arzuladığım layihələri həyata keçirəndə çox xoşbəxt oluram, nəinki etməyəndə”.
Pop diva küsülü həmkarları ilə də salamlaşdığını açıqlayıb:
“Şou-biznesdəki “Salam” problemindən azdan-çoxdan tanışam. Ona görə də Mübariz Tağıyevin yaradıcılıq gecəsində “Salam Aleykum” mahnısın oxudum. Mən hamıya salam verirəm və bunu etməkdən həzz alıram. Məkana daxil olanda “Hamınıza salam uşaqlar” deyirəm.
Salamımı almayanları isə görmürəm. Düşünürəm ki, salam almamaq tamamilə başqa bir şeydir. Ona görə də salam verib keçirəm”.
Teymur Məmmədov