Nazir məktəb direktorunu İŞDƏN ÇIXARDI
    • 24-02-2020, 12:26
    • 1 149

Nazir məktəb direktorunu İŞDƏN ÇIXARDI

Bakı şəhər Yasamal rayon 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova işdən çıxarılıb.

Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrlə F.Həsənova vəzifədən azad edilib. Onun yerinə Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin direktoru Rəşad Alcanov təyin edilib.

Qeyd edək ki, mətbuatda Firəngiz Həsənova və oğlu barəsində bir neçə dəfə qalmaqallı məlumatlar yayılıb. /Publika.az/