Güclü küləklə bağlı NAZİRLİKDƏN XƏBƏRDARLIQ
    • 24-02-2020, 13:17
    • 602

Güclü küləklə bağlı NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha gözlənilən hava şəraiti ilə əlaqədar insanlara xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

 Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.