Nəzakət Teymurova mətbuat konfransı keçirdi - FOTO - VİDEO
    • 14-06-2018, 18:46
    • 1 899

Nəzakət Teymurova mətbuat konfransı keçirdi - FOTO - VİDEO

Xalq artisti Nəzakət Teymurova 20 iyun tarixində Yaşıl Teatrda baş tutacaq konserti ilə bağlı mətbuat konfransı keçirib. 

Mətbuat konfransında əməkdar artisti Əliağa Sədiyev, jurnalist türkan Məmmədli və stilist Elnur Həsənov iştirak edib.

Media nümayəndələri ilə bir araya gələn xanəndə konsert barədə ətraflı məlumat verib. 

“Milli estradaya üstünlük verəcəyik. Sənətkarlarımız var ki, Rəşid Behbudov, Yalçın Rzazadə, İlhamə Quliyevanın repertuarından ifa edəcəyəm.  İlk dəfədir ki, xanəndə bu mahnıları səsləndirəcək. İstədik ki, bəstələri gənc nəslə yenidən çatdıraq. Elə gözəl əsərlərimiz var ki, onlar bizim qan və can yaddaşımızdadır. 

Hazırda gərgin məşqlər gedir. Dünən günorta saat 3 də başlayan məşqlərimiz gecə 1-in yarısı bitib.

Bilirsiniz, sənətkar daima öz işi ilə məşğul olmalıdır. Hər zaman ətrafımdakı insanlara, musiqiçilərə görə özümü xoşbəxt sənətkar saymişam”.

Teymur Məmmədov
Foto: Nurlan Gülməmmədov