Azərbaycan vətəndaşlarının Türkiyədə qalma müddətində DƏYİŞİKLİK EDİLDİ
    • 27-02-2020, 13:13
    • 1 168

Azərbaycan vətəndaşlarının Türkiyədə qalma müddətində DƏYİŞİKLİK EDİLDİ

"İki ölkənin vətəndaşları  30 günə qədər turist məqsədli olaraq ölkələri ziyarət edə bilirlər. Bu müddəti də 90 günə çıxaracağıq".

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və azərbaycanlı həmkarı İlham Əliyevlə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasında iştiraki ilə bağlı danışarkən deyib: "Bunun nəticəsi olaraq da vətəndaşların gediş gəlişləri asanlaşacaq. Məhdudiyyətlər həm Azərbaycanda, həm də Türkiyədə vətəndaşların şikayətlərinə səbəb olurdu. Bu razılaşma problemlərin qarşısını almaqda faydalı oldu və vətəndaşlarımızın qarşılıqlı səfərinin təşviq olunmasına səbəb oldu".