-
- 27-02-2020, 18:15
- 855
Gələn həftədən bütün məktəblər bağlanacaq - KORONAVİRUS TƏHLÜKƏSİ
Yaponiyada məktəblər bağlanır.
Buna səbəb yeni tip koronavirusun kütləvi hal almasıdır.
“Kyodo”nun xəbərinə görə, Baş nazir Şinzo Abe gələn həftənin bazar ertəsindən etibarən ölkə miqyasında bütün məktəb və liseylərin tətilə gedəcəyini bildirib.
Beləliklə, Yaponiyada mart ayının sonunda başlanacaq yaz tətilinə qədər məktəblər bağlı olacaq.
Yaponiya Təhsil Nazirliyi qərarın 34 min 847 məktəbdə oxuyan 12,8 milyon şagirdə şamil olunacağını açıqlayıb.
Qeyd edək ki, Yaponiyada koronavirusdan ölənlərin sayı 8-ə çatıb. /Publika.az/