"Ödəniş olmayacaq, tapşıracam, gedərsən..." İLKİN HƏSƏNİ PULUNU ALA BİLMƏDİ
    • 28-02-2020, 12:28
    • 791

"Ödəniş olmayacaq, tapşıracam, gedərsən..." İLKİN HƏSƏNİ PULUNU ALA BİLMƏDİ

Tanınmış aparıcı İlkin Həsəninin "İnstagram"da paylaşdığı son fotosu marağa səbəb olub.

News24.az xəbər verir ki, aparıcı 15 il öncə aldığı geyimi geyinərək çəkdirdiyi fotonu elə həmin illərdə çəkdirdiyi şəkil ilə yanaşı qoyub. Həsəni paylaşımı belə şərh edib: "Təxminən 15-16 il öncə o vaxtı çox dəbdə olan "Sisley" geyim şirkətinin "1033" klubunda yeni kolleksiyasının təqdimatı idi. İşdən müdiriyyət tapşırdı ki, o tədbiri aparmalısan, ödəniş məsələsi haqqında sonra danışarıq. Təqdimat oldu, bitdi, bir neçə gün də keçdi amma ödəniş haqqında soruşmurdum, tərəddüd edirdim. Birdən cəsarət toplayıb "ay müəllim, bəs o tədbiri apardım ha" deyəndə, dedi ki, ödəniş filan olmayacaq, tapşıracam, gedərsən dükana, özünə bir “jeans” şalvar, bir köynək götürərsən. Olmayan yerdə buna da şükür deyib getdim götürdüm. Soldakı fotonu ilk dəfə geyindiyim günü, sağdakını isə bu gün çəkdim. Qoruyub saxlamışam. Birdən yadıma düşdü".

Sevda Bayramova