Daha bir qurumda koronavirusla bağlı “qaynar xətt" FƏALİYYƏTƏ BAŞLADI
    • 28-02-2020, 16:58
    • 1 550

Daha bir qurumda koronavirusla bağlı “qaynar xətt" FƏALİYYƏTƏ BAŞLADI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronavirusla bağlı “qaynar xətt" fəaliyyətə başlayıb.

ASCO-dan News24.az-a verilən məlumata görə, (050) 274 30 82 nömrəli “Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb.

Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq.

Qeyd edək ki, ASCO-da “Qaynar xətt”lə yanaşı, koronavirusla bağlı rəhbər şəxslərdən ibarət qərargah da yaradılıb.