DTX-nın fəaliyyətinin təmin edilməsi haqqında fərmanda DƏYİŞİKLİK
    • 28-02-2020, 19:19
    • 1 256

DTX-nın fəaliyyətinin təmin edilməsi haqqında fərmanda DƏYİŞİKLİK

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ”Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

News24.az xəbər verir ki, bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb. Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7 (I kitab), maddə 1492; 2019, № 3, maddə 414, № 7, maddə 1247, № 10, maddələr 1580, 1592) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişiklik təsdiq edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.