ABŞ-la “Taliban” tarixi sülh sazişi imzaladı
    • 29-02-2020, 22:31
    • 901

ABŞ-la “Taliban” tarixi sülh sazişi imzaladı

Qətərin paytaxtı Dohada ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadla “Taliban” hərəkatının lider müavini Qəni Baradar 18 illik müharibəyə son qoyaraq barışıq sazişi imzalayıb.

News24.az “TASS”a istinadən xəbər verir ki, sazişə görə ABŞ 135 gün ərzində Əfqanıstandakı əsgərlərinin sayını 13 mindən 8 min 600 nəfərə endirəcək. “Taliban”ın sazişə əməl edəcəyi təqdirdə isə 14 ay müddətində NATO və ABŞ əsgərləri ölkədən tamamilə çıxacaq.

Razılaşmaya əsasən, ABŞ 5 min məhkumu, “Taliban” isə 1000 nəfəri sərbəst buraxacaq. Bundan başqa, ABŞ “Taliban”a tətbiq etdiyi sanksiyaları 2020-ci ilin avqustunadək siləcək.