Ermənistanda 32 nəfər koronavirus şübhəsilə karantinə alındı
    • 1-03-2020, 15:19
    • 1 085

Ermənistanda 32 nəfər koronavirus şübhəsilə karantinə alındı

Ermənistanda 30-dan çox şəxs koronavirusa yoluxma şübhəsi ilə karantinə yerləşdirilib.


News24.az RİA-ya istinadən xəbər verir ki, bu faktı Ermənistanın Səhiyyə naziri Arsen Torosyan təsdiqləyib. 


Hələlik xəstəlik yalnız İrandan gələn 29 yaşlı Ermənistan vətəndaşında aşkarlanıb.


Səniyyə naziri bildirib ki, 32 nəfər şübhəli karantin məqsədilə Çaxkadzordakı “Qızıl Saray” hotelinə yerləşdiriliblər. 


Qeyd edək ki, Ermənistan vətəndaşları İrandan quru sərhəd vasitəsilə ölkəyə gəlməkdə davam edirlər.