Nazir koronavirusa görə Merkelin əlini HAVADA QOYDU - VİDEO
    • 2-03-2020, 17:04
    • 817

Nazir koronavirusa görə Merkelin əlini HAVADA QOYDU - VİDEO

Almaniyanın daxili işlər naziri Horst Sihofer, kansler Angela Merkel ilə koronavirusa görə salamlaşmaqdan imtina edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Berlində miqrant dərnəklərinin nümayəndələri ilə görüşdə baş verib. A.Merkel nazirə yaxınlaşaraq  verərək əlini uzadıb. Lakin, nazir ona cavab verməyib. Angela Merkel vəziyyəti yumorla qəbul edib və iki əlini qaldırıb.

Sözügedən kadrları təqdim edirik: