ÜST-ün İrandakı əməkdaşı da koronavirusa yoluxdu
    • 2-03-2020, 22:01
    • 1 277

ÜST-ün İrandakı əməkdaşı da koronavirusa yoluxdu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı regional ofisinin əməkdaşı da koronavirusa yoluxub.

News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevredə keçirilən brifinqdə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, təşkilatın əməkdaşının xəstəliyi orta-ağır dərəcədədir.

Qebreyesus İran hökumətinə Covid-19-la mübarizə aparmaqda dəstək məqsədilə ölkəyə əlavə tibbi ləvazimatlar göndərildiyini də qeyd edib.