Səbail rayonunda dəhşətli yanğın
    • 3-03-2020, 00:13
    • 1 078

Səbail rayonunda dəhşətli yanğın

Səbail rayonunda yanğın hadisəsi baş verib.


News24.az xəbər verir ki, hadisə Bakı-Salyan şossesində yerləşən “Baku Oil Service” şirkətinin binasında qeydə alınıb.


Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları hadisə barədə FHN-ə məlumat verib. Yanğın güclü olduğundan əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 briqadası cəlb edilib.


Alov söndürülüb, yanğının ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı binanın bir və ikinci mərtəbələri tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.


Hadisənin təfərrüatı araşdırılır.