İran koronavirusa görə həbsxanaları BOŞALTDI - 54 mindən çox məhbus EVƏ BURAXILDI
    • 3-03-2020, 16:11
    • 821

İran koronavirusa görə həbsxanaları BOŞALTDI - 54 mindən çox məhbus EVƏ BURAXILDI

İranda 54 mindən çox məhbus həm Novruz bayramı, həm də koronavirusundan qorunmaq üçün evlərinə göndərilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Məhkəməsinin sözçüsü Golemhüseyn İsmaili məlumat verib. O bildirib ki, 54 mindən çox məhbusun evlərinə buraxılmasına icazə verilib.

Bu həftə həbsxanaya göndərilənlərin sayının keçən həftə ilə müqayisədə 35 faiz azaldığı bildirilib. Həmçinin, peşman olduqlarını bildirən və şərti cəza tələb edən 1440 məhbusun sənədləri də lazımi orqanlara göndərilib.

181 şəxsin əli elektron biləkliklə bağlanılıb və həbs cəzalarının evdə çəkəcəklər.