Komissiya qərar verdi: "Əsgər" yoxsa "əskər"?
    • 14-09-2018, 12:15
    • 7 510

Komissiya qərar verdi: "Əsgər" yoxsa "əskər"?

Orfoqrafiya Komissiyasının bugünkü iclasında "əsgər" sözünün yazılışının dəyişdirilməsi ilə bağlı təklif qəbul edilməyib.

News24.az-ın məlumatına görə, iclasda Orfoqrafiya Komissiyasının üzvlərinin qərarına əsasən ictimai rəy nəzərə alınaraq sözün əvvəl olduğu kimi yazılması məqsədəuyğun görünüb.

Qeyd edək ki, bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək k hərfi ilə yazılması məqsədəuyğun sayılırdı (əsgər-əskər, əsginaz-əskinaz, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s). Bundan başqa, "alqı-satqı" sözünün "alğı-satqı" yazılması təklif olunurdu.