Ərdoğanı təhqir etdiyi üçün deputatlar əlbəyaxa oldular
    • 4-03-2020, 22:03
    • 818

Ərdoğanı təhqir etdiyi üçün deputatlar əlbəyaxa oldular

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında insident yaşanıb.

News24.az “CNN TÜRK”-ə istinadən xəbər verir ki, deputatlar əlbəyaxa olublar.

Belə ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoçun çıxışı Ədalət və İnkişaf Partiyasından (AKP) olan həmkarlarının xoşuna gəlməyib.

AKP-li deputatların etirazından sonra iclasa fasilə verilib.

Fasilə zamanı isə AKP və CHP-dən olan deputatlar əlbəyaxa olublar.

Ankara Prokurorluğu Türkiyə Prezidentini təhqir etdiyi üçün E. Özkoçun barəsində araşdırmaya başlayıb.