Qərar verildi -Atəşkəs elan olunacaq
    • 5-03-2020, 22:08
    • 748

Qərar verildi -Atəşkəs elan olunacaq

Rusiyada rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin saatlarla davam edən görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

News24.az xəbər verir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, ortaq qərara əsasən bu gecədən etibarən Suriyanın İdlib şəhərində atəşkəs elan ediləcək.

“Kritik vəziyyətlərdə hər zaman əldə olunan razılaşmalara əsaslanaraq uzlaşa bilirik. Problemin həll yolunu göstərə bilirik. Bu gün də belə oldu”, - deyə Putin qeyd edib.

Ərdoğan isə çıxışında “Qısa müddətdə atəşkəsi təmin edəcək, saha sonra isə birgə qəbul etdiyimiz addımları sürətlə atacağıq. Bu gecə 00:01-də atəşkəs elan olunacaq”, - deyə bildirib.