DSX: Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə SUSDURULUB
    • 6-03-2020, 11:41
    • 1 365

DSX: Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə SUSDURULUB

Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversi­ya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qul­luq­çusunun yaralanması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən News24.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq bildiririk ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçiril­məsi barədə məlumat həqiqətə uyğun deyildir və real­lığı əks etdirmir.

Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax ra­yo­nunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz ER-nın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­muş­dur.

Düşmən təxribatının qarşısı alınmış, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulmuşdur.