Dünyada koronavirusa yoluxanların sayı 100 MİNİ ÖTDÜ
    • 6-03-2020, 16:12
    • 1 623

Dünyada koronavirusa yoluxanların sayı 100 MİNİ ÖTDÜ

Dünyada koronavirus daşıyıcılarının sayı 100 242 nəfərə çatıb.
Ölənlərin sayı 3 408, sağalanların sayı isə 55 812 nəfərdir.

Ən çox yoluxma və ölüm halı Çində aşkarlanıb. Ölkədə indiyədək 80 559 nəfər virusa yoluxub. Ölənlərin sayı isə 3 042 nəfərdir.
Azərbaycanda isə 6 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Ölkəmizdə bu virusdan ölüm hadisəsi qeydə alınmayıb.
Ümumilikdə koronavirus 94 ölkə və regionu əhatə edir. /Report/