Koronavirus vaksininin sınaqlarına BAŞLANILDI
    • 7-03-2020, 11:12
    • 821

Koronavirus vaksininin sınaqlarına BAŞLANILDI

ABŞ Müdafiə Nazirliyi bəzi təlimləri təxirə salmaqla yanaşı, koronavirusun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlərə başlayıb.

Vaksinin tapılması istiqamətində araşdırmalar davam etdirilir. 

ABŞ Quru Qoşunları Komandanlığının Tibbi elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin (ETTKİ) komandiri Maykl Telli vaksin üzərində işlərə başladıqlarını elan edib. O, potensial vaksinlərin ən qısa müddətdə insanlar üzərində sınaqdan keçiriləcəyini də bildirib.

Valter Rid adına Quru Qoşunları Araşdırma İnstitutu Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru doktor Kavyon Mocarrad isə sınaqların ilkin mərhələdə siçanlar üzərində təcrübədən keçirilməyə başlandığını vurğulayıb. O, ikinci mərhələdə təcrübələrin meymunlar daxil olmaqla insan anatomiyasına yaxın heyvanlarda keçiriləcəyini də diqqətə çatdırıb. 

Direktor sınaqların insanlar üzərində nə zaman həyata keçiriləcəyini açıqlamayıb. /Report/