Koronavirus yay aylarında yox olacaq? - AÇIQLAMA
    • 7-03-2020, 12:03
    • 1 039

Koronavirus yay aylarında yox olacaq? - AÇIQLAMA

"Koronavirusun yay aylarında qrip virusu kimi yox olacağı ilə bağlı deyilən sözlər yalandır".

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan bildirib. O qeyd edib ki, virusun yay aylarında yox olacaqlarına ümid etdiklərini, lakin bunub baş verməsini taleyin bir hədiyyəsi olaraq qiymətləndirdiklərini deyib: "Hazırda bunun baş verəcəyini güman etməyə heç bir əsasımız yoxdur. Buna görə virusla indi mübarizə aparmaq lazımdır və bunun öz-özünə keçəcəyinə ümid etməmək lazımdır".